Təxirə salınan Avropa çempionatı payızda baş tuta bilər

Koronavirus pandemiyasına görə təxirə salınan kişilər arasında idman gimnastikası üzrə Avropa çempionatı payızda baş tuta bilər.

Metbuat.az report-a istinadən xəbər verir ki, Avropa Gimnastikasının rəsmi saytına istinadən xəbər verir ki, təşkilatçı Azərbaycan Gimnastika Federasiyası yarışı bu ilin payızında keçirmək istədiyini təsdiqləyib.

Yeni tarixin hazırda müzakirə olunduğu və qərarın mayın sonlarında veriləcəyi vurğulanıb.

Qeyd edək ki, Avropa çempionatı 27 - 31 mayda Bakıdakı Milli Gimnastika Arenasında təşkil olunmalı idi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR