Karantin rejimi ilə bağlı açıqlama:

Xəbər verdiyimiz kimi bu gündən karantin rejimin növbəti yumşalmasına görə bir çox müəssisələr fəaliyyətini bərpa edib. Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov mayın 1-də keçirilən brifinqdə 65 yaşdan yuxarı olan insanların çölə çıxma məsələsinin müzakirə olunduğu bildirib.

İbrahim Məmmədovun bu fikirini bir çoxları mayın 11-fə karantin rejiminin bitməsi kimi anlayıb. Mayın 11-də karantin rejim ləğv ediləcəkmi?

Metbuat.az xəbər verir ki, bununla bağlı Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki, koronavirusla mübarizənin sonuncu mərhələsindəyik:

"Artıq karantin rejiminin mərhələli şəkildə sonlandırılması istiqamətində işlər gedir. Bakı, Sumqayıt, Lənkəran, Abşeron, Gəncə istisna olmaqla qalan bölgələrdə demək olar ki, karantin rejimindən çıxma mərhələsinə keçmişik. Ancaq o demək deyil ki, o bölgələrdə yaşayan insanlar sosial izolyasiya və məsafə qaydalarına riayət etməməlidir. Koronavirus təhlükəsi hələ ortadan qalxmayıb. O ki qaldı Bakıda və digər bölgələrdə yaşlı insanların karantin şəraitindən çıxma məsələsinə, mayın 11-də bu məsələ baxılacaq. Əlbəttə bu qərara uyğun biz öz fəaliyyətimizi quracağıq. Amma karantin rejiminin mayın 11-də bitməsi ilə bağlı fikirlər səsləndirmək üçünü hələlik tezdir. Mayın 11-nə kimi istər 65 yaşa qədər, istərsə də o yaşdan yuxarı insanların Operativ Qərargahın verdiyi qərarlara əməl etməlidir. Onların evdən çölə çıxma icazəsi yoxdur. Hər hansı şəkildə qanuna əməl etməyənlər həm özlərini təhlükə altına atır həm də onların bu addımı inzibatı hüquqi məsuliyyət yaradır. Ümid edirəm ki, mayın 11-nə kimi epidemoloji vəziyyət daha da yaxşılaşar. Ona da uyğun qərarlar qəbul olunar. Bəlkə də başqa yumşaldıcı qərarlar da oldu. Hər halda biz epidemoloji vəziyyəti və ona da uyğun Operativ Qərargahın qərarlarını gözləməliyik".(sonxeber.az)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR