5 nəfərin ölüb 7 nəfərin yaralandığı dəhşətli qəzanın TƏFƏRRÜATI: Qardaşının yasına gedən bacılar...

Bu gün Kürdəmir rayonunda baş verən dəhşətli yol qəzasında vəfat edən və yaralanan şəxslər dünən başqa bir qəzada vəfat edən şəxsin dəfninə gedirlərmiş.

Metbuat.az "qafqazinfo"ya istinadən xəbər verir ki, bu gün səhər saatlarında Kürdəmir rayonunda "Mercedes” və "Nissan” avtomobillərinin toqquşduğu qəzada vəfat edənlər mərhumun ailə üzvləri olub.

"Mercedes”in sürücüsü Kərimov Abbas Kərim oğlunun qardaşı Camal Kərimov dünən avtomobil qəzasında vəfat edib. Dünən gecə saatlarında İmişli rayonunda "Kamaz” və Qazel” avtomobilləri toqquşub, nəticədə "Qazel”in sürücüsü 1961-ci il təvəllüdlü Kərimov Camal Kərim oğlu vəfat edib. Maşın sıxıldığı üçün onun meyiti avtomobilin doğranması nəticəsində çıxarılıb.

Bugünkü qəzada vəfat edən 54 yaşlı Mehparə Kərimova və 46 yaşlı Aygün Kərimova mərhum Camal Kərimovun bacıları, 12 yaşlı Qorxmaz Kərimov isə Abbas Kərimovun oğludur.

Sürücü Abbas Kərimov ağır xəsarətlə xəstəxanaya yerləşdirilib.

Bundan başqa, "Nissan” markalı avtomobilin sürücüsü Ceyhun Piriyevin 2 yaşlı oğlu Sabir Piriyev də vəfat edib.

Xəstəxanadan bildirilib ki, xəsarət alanlardan biri Bakıya göndərilib, digər 3 nəfərin isə vəziyyəti ağırdır. Qəzada 7 nəfər xəsarət alıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR