Qadınların baş bəlası...

Qadınların baş bəlası...
00:12 18 Yanvar 2015
208 Sosial
Ölkə mətbuatı
A- A+

Qadınların çoxu hündür dabanlı ayaqqabı xoşlayır. Kişilər də qadınların belə ayaqqabıda cazibədar olduqlarını düşünürlər. Ancaq zərif cinsin nümayəndələri etiraf edirlər ki, belə ayaqqabılar ayaqları ağrıdır.

Milli.Az-ın Rusiya KİV-nə istinadən məlumatına görə, yeni araşdırmalar göstərib ki, hündürlüyü  9 santimetrdən çox olan dikdabanlar ayaq damarlarının qocalmasına və dağılmasına gətirib çıxarır. Belə ayaqqabılarla gəzərkən ayaq damarları güclü təzyiq altında olur.

Britaniyalı alimlər 14 nəfər gənc və sağlam qadını təcrübəyə cəlb ediblər. Qadınlara tapşırılıb ki, dikdaban geyinərkən ayaqlarındakı hissləri açıqlasınlar. Belə ayaqqabılarda özlərinə məxsus yerişlə gəzsinlər. Alimlər həmin qadınların dizlərindəki damarların formasını araşdırıblar.

Əldə edilən nəticələr göstərib ki, dikdaban ayaqqabılar geyinərkən damarlara düşən təzyiq artır və nəticədə damarlar genişlənir. Damarlar yaşlı insanların damarlarına bənzəyir.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR