Bakıda küçədə qadına hücum edildi -

Bakıda qadın küçədə qarət edilib.

Metbuat.az xəbər verir ki, hadisə Suraxanı rayonu, Əmircan qəsəbəsi, A.Rzayev küçəsində baş verib. Əmircan qəsəbə sakini olan qadın naməlum şəxsin onun mobil telefonunu alaraq qaçması barədə polisə məlumat verib. Suraxanı rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və 31-ci Polis Bölməsinin əməkdaşları tərəfindən soyğunçuluq törətməkdə şübhəli bilinən, əvvəllər Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə məhkum olunmuş, 1972-ci il təvəllüdlü Elman Abidov müəyyən olunub.(Trend)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR