SBFIC-in birgə əməkdaşlığı əsasında maarifləndirici xarakterli video çarxlar hazırlandı

“2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nda istehlakçıların maliyyə savadlılığının artırılması və hüquqlarının müdafiəsinin gücləndirilməsi prioritet hədəfinin icrası çərçivəsində mütəmadi tədbirlər həyata keçirilir.

COVİD-19 virusunun yayılmasının məhdudlaşdırılması məqsədilə banklar tərəfindən vətəndaşlara təqdim edilən xidmətlərdən təhlükəsiz yararlana bilməsi məqsədilə əhalinin maliyyə savadlılığının yüksəldilməsi mühüm əhəmiyyət kəsb edir.

Bu məqsədlə Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Banklar Assosiasiyası, Beynəlxalq Maliyyə Korporasiyası, İsveçrəHökumətinin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO) və Beynəlxalq Əməkdaşlıq üzrə Əmanət Kassaları Fondunun (SBFIC) birgə əməkdaşlığı əsasında maarifləndirici xarakterli video çarxlar hazırlanmışdır.

Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Banklar Assosiasiyasının birgə təşəbbüsü ilə animasiya formasında hazırlanan bu video çarxlar qlobal pandemiya dövründə internet üzərindən məhsul və xidmətlərin əldə edilməsi, təsərrüfat subyektlərində alış-veriş zamanı koronavirus infeksiyasından qorunmaq üçün ödəniş kartları ilə təmassız ödənişlərin aparılması, habelə mobil bankçılıq xidmətlərindən istifadə və kart hesabının balansının təhlükəsiz formada artırılması üsullarını özündə əks etdirir.

Yuxarıda sadalanan kart əməliyyatlarının təhlükəsiz formada aparılması üsullarını aşağıdakı linklərdən izləyə bilərsiniz:

1. Koronavirus infeksiyasından qorunmaq üçün mən bank xidmətlərindən necə istifadə edə bilərəm? https://www.youtube.com/watch?v=yPGKmNP4Pk0 2. Alış-veriş zamanı koronavirus infeksiyasından özümü necə qoruya bilərəm? https://www.youtube.com/watch?v=an2m6gzW5lU 3. Karantin rejimində mən öz ödəniş kartımın balansını necə artıra bilərəm? https://www.youtube.com/watch?v=f7uO2sNgvOU


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR