"Avropa dövlətlərinin açıqladığı rəqəmlər etibarlı deyil" -

Avropa hökümətlərinin koronavirusdan ölənlərin sayını gizlətməsi iddiaları yayılıb.

Metbuat.az xəbər verir ki, bunu Avropa Xəstəliklərin Önlənməsi və Nəzarət Mərkəzi (ECDC) direktoru Andrea Ammon deyib. O bildirib ki, ölkələrin sosial məsafə və "evdə qal" siyasətləri nəticəsində son 14 gündə virusun yoluxma faizi 45% düşüb.

Ammon yaşlılar evlərində vəziyyətin ciddi olduğunu, Avropadakı koronavirus səbəbli ölümlərin yarısının məhz burada meydana gəldiyini deyib. O, dövlətlərin açıqladığı ölüm saylarına etibar etmədiklərini qeyd edib.

Mənbə: Haber7


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR