Koronavirusun yeni əlaməti ortaya çıxdı

ABŞ-da koronavirusun yeni əlaməti ortaya çıxıb.

Metbuat.az xəbər verir ki, mütəxəssislər bu simptoma "xoşbəxt oksigen çatışmazlığı" adını veriblər. Bu əlaməti olan insanlarda qandakı oksigen səviyyəsi yetərincə olmamasına baxmayaraq, onlar özlərini normal hiss edirlər.

Mütəxəssislər bildirib ki, insan qanındakı oksigen səviyyəsi normalda 95% olmalıdır, lakin koronavirus xəstələrində bu rəqəm 80 hətta 50-yə qədər düşə bilir.

Mənbə: haberler.com


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR