Kremlin baş aşpazı AÇIQLADI:

Kremlin baş aşpazı Anatoli Qalkin SSRİ-nin və Rusiya liderlərinin menyüsündən danışıb.

Metbuat.az xəbər verir ki, hələ Brejnev dönəmindən Kreml liderlərinə yemək hazırlayan Qalkin maraqlı məqamlara toxunub.

O bildirib ki, Leonid Brejnev ov quşlarını çox sevirmiş. Onun menyüsündə əksər vaxtlar Moskva ətrafındakı Zavidovodan ovlanmış ördəklərdən hazırlanmış yeməklər olub. SSRİ prezidenti Mixail Qorbaçov isə əksinə, ov quşlarını sevməzmiş. O, ördək filesi və hind quşlarına üstünlük verib. Xarici səfərləri zamanı isə dəniz məhsullarından dadarmış.

Baş aşpazın sözlərinə görə, Boris Yeltsin dəniz məhsullarından hazırlanmış yeməkləri xoşlamazmış: “O, nə gəldi yeyərdi, amma dəniz məhsullarını, əsasən də xərçəng, dəniz pişiyi və qurbağaları yemək stoluna buraxmazdı”.

Qalkinin sözlərinə görə, Vladimir Putin menyüsündə kotletin olmasını xoşlayır. Bundan başqa, prezident qoyun və dana ətindən hazırlanmış yeməkləri də sevir, aradabir tikə balıq yeməkdən də vaz keçmir.

Qalkin deyir ki, hələ sovet dönəmində Kremldə adi insanların xəyalı olan manqo, kivi, avokado, ananas kimi ekzotik meyvələr menyüdən əskik olmazmış.(Lent.az)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR