"Fransada ilk yoluxma dekabrda aşkarlanmışdı" - Fransız həkimdən

Paris yaxınlığında çalışan bir həkim 2019-cu il 27 dekabr tarixində bir xəstəsindən alınan nümunələrin test edildiyini və xəstədə "Covid-19" aşkarlandığını bildirib.

Metbuat.az xəbər verir ki, Yves Kohen adlı həkim bu barədə Fransa mediasına danışıb. O qeyd edib ki, koronavirus testi pozitiv çıxan 50 yaşlarında şəxs indi tamamilə sağalıb:

"Xəstəxanaya eyni əlamətlərlə 14 xəstə gəlmişdi. Xəstələrin burunlarından alınan nümunələri tets etdikdə onların birində tets pozitiv çıxdı".

Qeyd edək ki, rəsmi məlumatlara görə Fransada ilk yoluxma halları 24 yanvarda aşkar edilib.

Mənbə: bbc.com.tr


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR