“1 ay efirə çıxmasalar unudulub gedəcəklər” - Gülüstan Əliyeva -

ARB TV-nin “Show News” verilişininin növbəti qonağı əməkdar artist Gülüstan Əliyeva olub.

Əməkdar artist bəzi şou-nümayəndələrinin ünvanına sərt ifadələr səsləndirib:

“Əvvəllər çox əsəbiləşirdim, indi boş verirəm. Əslində reaksiya vermək qarşı tərəf üçün şərəf olur, özünü önəmsəyir. Bəziləri tanınmış insanlardan istifadə edib gündəmə gəlmək istəyirlər. Ad çəkmək istəmirəm, çünki o adamlar üçün reklam ola bilər. Sözü deyirsən yiyəsi özü götürür. Yanlarında cangüdənləri ilə gəzən müğənnicikləri bu gün adam yerinə sayan da yoxdur. Ona görə sənətinlə sevilməlisən. Yazıqlar neyləsin? 1 ay efirə çıxmasalar unudulub gedəcəklər” .



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR