Milli Məclisin yeni mətbuat katibi kollektivə təqdim olundu

Milli Məclisə yeni mətbuat katibi təyin olunub.

Metbuat.az xəbər verir ki, Milli Məclisdən verilən məlumata görə, parlamentin spikeri Sahibə Qafarovanın sərəncamı ilə bu vəzifəyə teleaparıcı Ceyhun Əli təyin edilib.

Bu gün o, kollektivə təqdim olunub.

Qeyd edək ki, bundan əvvəl AzTV-nin əməkdaşı Elnar Məmmədlinin parlamentin mətbuat xidmətinin rəhbəri təyin olunması barədə məlumat yayılmışdı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR