Koronavirusa dair kəşflər edən professor evində ölü tapıldı -

Yeni növ koronavirusu araşdıran çinli professor müəammalı şəkildə öldürülüb.

Metbuat.az xəbər verir ki, Binq Liu evində tək olarkən bilinməyən şəxs tərəfinən öldürülmüş halda tapılıb. Araşdırmalardan sonra baş, boyun və gövdəsindən odlu silahla vurulduğu məlum olub. Evli olan professorun xanımı hadisə vaxtı evdə olmayıb.

46 yaşındakı Hao Qu adlı şəxs isə Liunun evindən 100 metr kənardakı avtomobilində ölü halda tapılıb. Hao Qunun əvvəlcə Binq Liunu öldürdüyü, sonra isə avtomobilində intihar etdiyi düşünülür.

Polis onların bir-birlərini tanıdıqlarını ehtimal edib. Pitsburq Universitetindən edilən açıqlamada Liunun koronavirusa dair çox önəmli kəşflər etdiyi bildirilib.

Mənbə: HaberGlobal


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR