​Koronavirusla mübarizə üçün dezinfeksiyaedici vasitələr bağışlanıb

Koronavirusla mübarizə üçün dezinfeksiyaedici vasitələr bağışlanıb.

Azərbaycanda koronavirusla (COVID-19) mübarizəyə dəstək məqsədi ilə “BASF Azərbaycan” şirkəti təmizləyici və dezinfeksiya vasitələri Bakı Şəhərinin kommunal strukturlarına bağışlayıb.

Şirkətdən bildirilib ki, hazırki karantin şəraitində hər birimiz əlimizdən gələn dəstəyi əsirgəməməliyik. Həkim və polislərlə bərabər kommunal sahədə çalışan işçilər də öz peşə fəaliyyətləri ilə yanaşı həyətlərimizin, küçələrimizin dezinfeksiyası ilə məşqul olurlar. Onlarda öz tərəfindən Bakida aparılan dezinfeksiya işlərinə töhvələrini vermək qərarına gəldilər. Bütün məhlullar “BASF” şirkətinin Türkiyədəki fabrikində istehsal olunub və dünyanın bir çox iri şəhərlərində virusla mübarizədə səmərəli istifadə olunurlar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR