İtaliyadan ŞAD XƏBƏR: Koronavirusa qarşı vaksin hazırdır

Çində meydana gələn yeni növ koronavirusa qarşı peyvənd çalışmalarının bütün dünyada davam etdirildiyi zamanda növbəti xəbər İtaliyadan gəlib.

Metbuat.az xəbər verir ki, İtaliyada mütəxəssislər yeni növ koronavirusa qarşı ilk vaksini hazırladıqlarını ictimaiyyətə açıqlayıblar. Bildirilib ki, yaxın zamanda vaksin insanlar üzərində sınaqdan keçiriləcək. İlk sınaqlar isə siçanlar üzərində baş tutub və vaksin koronavirusun yoluxmasını dayandıra bilib.

Vaksini hazırlayan şirkətin rəhbəri payız ayında kütləvi sınaqlara başlayacaqlarını deyib.

Mənbə: Daily Mail


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR