190 manat ala bilməyənlərə ŞAD XƏBƏR!

“Mənim 190 manatlıq birdəfəlik yardıma ehtiyacım var, amma nazirlik müxtəlif səbəblər gətirərək bu birdəfəlik ödəməni verməkdən imtina edib. Hətta 190 manata ehtiyacım olduğunu sübut da edə bilərəm” deyənlərin məsələsinə Dövlət Məşğulluq Xidmətinin rəis müavini Cəmaləddin Quliyev münasibət bildirib.

Metbuat.az xəbər verir ki, Cəmaləddin Quliyev deyib ki, hazırda bu məsələ ilə bağlı şikayətlərə baxılır.

''Bu sistemdə olan nasazlıqlar, xətalar ya da vətəndaşın səhvi ucbatından baş verən səbəblərdəndir. Kiminsə adında maşın olmadığı halda onun adında avtomobili varmış kimi görünürsə demək onun hansısa qohumu şəxsin adına nəqliyyat vasitəsi əldə edib. Bu halda sistemdə o şəxsin adında nəqliyyat vasitəsi görünəcəkdir.''

Şikayət edən vətəndaşlar yenidən qeydiyyatdan keçməlidirmi?

''Xeyr. Artıq 27 aprel tarixində 190 manat birdəfəlik ödəmə ilə bağlı qeydiyyat bitib. Əgər vətəndaş haqlı olarsa ona biz birdəfəlik ödəmə təyin edəcəyik. Qeydiyyatdan keçmiş vətəndaşlara smslər göndəriləcək və artıq bu proses başlayıb onlar üçün kartlar hazırlanıb.Sms gəldikdən sonra gedib pullarını götürə bilərlər.''

Cəmaləddin Quliyev qeyd etdi ki, vətəndaşlar şikayət və narazılıqlarını 142 Çağrı Mərkəzinə müraciət ilə bildirə bilərlər.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR