Sumqayıtın yeni hərbi prokuroru Raul Şahverdiyev kimdir? -

Xəbər verdiyimiz kimi Baş Prokuror Kamran Əliyevin müvafiq əmri ilə ədliyyə mayoru Şahverdiyev Raul Sabir oğlu Sumqayıt hərbi prokuroru vəzifəsinə təyin edilib.

Metbuat.az Sumqayıtın yeni hərbi prokurorunun avtobioqrafiyasını təqdim edir:

Raul Şahverdiyev 5 mart 1981-ci ildə anadan olub. 22 aprel 2010-cu ildən Prokurorluq orqanlarında qulluq keçir.

Bakı hərbi prokurorunun köməkçisi, Bakı Hərbi Prokurorluğunun müstəntiqi, böyük müstəntiqi, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsinin mühüm işlər üzrə müstəntiqi, mühüm işlər üzrə böyük müstəntiqi və Bakı Hərbi prokurorunun müavini vəzifələrində xidmət edib.

Ailəlidir, dörd övladı var.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR