Türk oyunçu Premyer Liqanın "Ən yaxşı 11-liyi"nə düşdü

"Lester Siti" forması geyinən Türkiyə millisinin oyunçusu Çağlar Söyüncü daha bir uğura imza atıb.

Metbuat.az xəbər verir ki, türk futbolçu "BBC Sport"un müəyyən etdiyi İngiltərə Premyer Liqasının "Ən yaxşı 11-liyi"nə düşməyi bacarıb.

11-liyin qapısında "Liverpul"dan Alisson yer alıb. Müdafiədə Çağlardan başqa digər 3 oyunçu da "Liverpul"dandır: Robertson, Aleksand Arnold və Van Dayk. Heyətdə yer alan digər futbolçular Kevin de Bruyn (Man Siti), Henderson (Liverpul), Fernandes (Man Yun), Məhəmməd Salah (Liverpul), Aquero (man Siti) və Sadio Mane (Liverpul) olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR