​TƏBİB imtahanlar zamanı koronavirus infeksiyasının profilaktikasına dair metodiki göstərişlər hazırlayıb

TƏBİB imtahanlar zamanı koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair metodiki göstərişlər hazırlayıb.

Metbuat.az xəbər verir ki, təlimatlarda imtahanlara onlayn qeydiyyatın olmasının təmin edilməsi qeyd olunub.

Təlimatlara əsasən, imtahan mərkəzlərində sanitar qovşaqlar, mexaniki və təbii havalandırma, işıqlandırma və su-kanalizasiya sistemlərinin təmizlik və dezinfeksiyasını, işçi heyətin şəxsi gigiyenası ilə bağlı ümumi qaydalara əməl olunmalı, imtahan təyin olunan tarixdən iki gün əvvəl otaqların dezinfeksiya edilməsi və imtahan təyin olunan günədək həmin otağa/zala giriş qadağan edilməlidir.

İmtahan başlamazdan əvvəl və imtahan müddətində otağın havalandırılmalı, otaqlarda/zallarda, dəhlizlərdə əl dezinfektantları üçün dispenserlər 1uraşdırılmalı, səhhəti ilə bağlı müəssisəyə girişi məhdudlaşdırılan işçiləri əvəz edəcək ehtiyat heyəti əvvəlcədən hazırlanmalıdır.

İmtahan nəzarətçiləri qismində yaşı 65-dən yuxarı və xroniki xəstəliyi olmayan şəxslər təyin olunmalıdır. Şəhərlərarası gediş-gəliş məhdudiyyətini nəzərə alaraq, yerlərdə imtahanlar təşkil edilməli, imtahan mərkəzlərinin tibbi maskalarla təchizatı, hər bir şəxsin imtahan mərkəzində tibbi maskadan istifadəsi zəruri olmalı, imtahan mərkəzlərində fərdi qoruyucu vasitələrinin atılması üçün müvafiq tullantı qabları yerləşdirilməli, iştirakçıları müşayiət edənlərin imtahan mərkəzinin ərazisində toplanmamalı, imtahan mərkəzlərinin girişlərində termometriya icra edilməlidir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR