Metroya maskasız daxil olan sərnişinləri kim cərimələyəcək? -

Bakı metropoliteninə maskasız daxil olan sərnişinlərin cərimələnməsi metropoliten səlahiyyətində deyil.

Metbuat.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində "Bakı Metropoliteni" Qaapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Zaur Hüseynov deyib.

Onun sözlərinə görə, bunun üçün aidiyyəti qurumlar tədbir görə bilər: "Biz yalnız səlahiyyətimiz daxilində qaydalara uyğun fəaliyyət göstərəcəyik və qaydalara uyğun da nəzarət həyata keçirəcəyik".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR