​9 May Qələbə Günü ərəfəsində Böyük Vətən müharibəsi iştirakçıları ilə görüş keçirilib

İkinci dünya müharibəsində faşizm üzərində Qələbədən 75-ci il keçir. Qələbənin əldə olunmasında Azərbaycan xalqının da böyük töhfəsi və rolu olub. Ulu öndər Heydər Əliyev ikinci dəfə Azərbaycana siyasi hakimiyyətə qayıtdıqdan sonra imzaladığı sərəncamla hər il mayın 9-u Qələbə Günü kimi rəsmi dövlət bayramı səviyyəsində qeyd edilməyə, müharibə veteranlarının sosial-məişət şəraitinin, maddi rifahının yaxşılaşdırılmasına başlandı, onların müalicələrinin təşkili istiqamətində əsaslı tədbirlər həyata keçirildi, müvafiq fərman və sərəncamlar imzalandı.

Milli Liderin Böyük Vətən müharibəsi iştirakçılarına, müharibədə həlak olanların ailələrinə göstərdiyi diqqət və qayğı bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Mayın 8-də Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun göstərişi ilə Nazirliyin nümayəndələri alman faşizmi üzərində möhtəşəm qələbədən sonra həyatlarını daxili işlər orqanlarında xidmətə sərf etmiş bir qrup Böyük Vətən müharibəsi iştirakçısının evində olmuş, nazir V.Eyvazovun səmimi təbriklərini və bayram hədiyyəsini onlara çatdırmışlar.

Veteranlardan Müseyib İlyasov, Mehdi Mehdiyev, Əli Hacıyev, Əlikişi Cümşüdov, Səfər Abdullayev vəƏzim İbrahimovgöstərdiyi yüksək diqqət və qayğıya görə Daxili İşlər Nazirliyinin rəhbərliyinə dərin minnətdarlıqlarını bildirmişlər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR