"Niva" aşdı: ölən və xəsarət alan var

Şamaxı rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Metbuat.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün saat 18:00 radələrində Şamaxı-Pirqulu yolunun Əngəxaran kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Şamaxı sakini, 2003-cü il təvəllüdlü Zeynalov Fəqan Anar oğlu babası Mürvət Zeynalova məxsus "NİVA" markalı minik avtomobili ilə hərəkətdə olarkən döngədə idarəetməni itirib və maşın yoldan çıxaraq aşıb.

Hadisə zamanı sərnişin, 2003-cü il təvəllüdlü Muxtarov Bəxtiyar Azər oğlu aldığı ağır xəsarətlər səbəbindən dünyasını dəyişib. Avtomobili idarə edən Fəqan Zeynalov və digər sərnişin, Bakı sakini, 2004-cü il təvəllüdlü Salahov Cəmil Azər oğlu xəsarət alıb. Yaralılar Şamaxı rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı Şamaxı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR