İlin sonuna kimi yeni metro stansiyası açılacaq

Bakı metrosu adi iş günlərində olduğu kimi səhər saat 6-dan axşam saat 12-ə qədər işləyəcək.

Metbuat.az xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC -nin sədri Zaur Hüseynov Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, pandemiya olmasına baxmayaraq, yeni B3 stansiyasının tikintisi davam etdirilir: "Ümidvarıq ki, başqa problem olmasa, ilin sonuna qədər stansiyanı istifadəyə verəcəyik".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR