Bu şəhərdə yoxlama-buraxılma postlarının sayı

Bu həftə karantin rejiminin yumşaldılmasından sonra Gəncə şəhərində koronavirusa yoluxma hallarının artdığı haqqında məlumatlar yayıldı.

Bundan sonra Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov koronavirusa qarşı mübarizə tədbirlərinin gücləndirilməsi haqqında tapşırıqlar verdi.

Bu gün isə icra başçısı Gəncədə yaradılmış Qərargahının üzvlərinin iştirakı ilə videokonfrans keçirib.

Metbuat.az xəbər verir ki, bu barədə Gəncə Şəhər İcra Hakimiyyətindən məlumat verilib. Konfransda çıxış edən icra başçısı bildirib ki, onun tapşırığına əsasən şəhərdə fəaliyyət göstərən kiçik həcmli ictimai nəqliyyat vasitələrinin böyük tutumlu avtobuslarla əvəzlənəcək:

"Həyata keçirilən dezinfeksiya işlərinin, xəstəxanalarda aparılan monitorinqlərin, habelə əhalinin maarifləndirilməsi üçün çalışan mobil qrupların fəaliyyətinin genişləndirilməsi istiqamətində də müvafiq göstərişlər verilib. Gəncə Şəhər Baş Polis İdarəsinə şəhərin giriş-çıxışları və daxilində qurulan yoxlama-buraxılma postlarının sayının artırılması tövsiyyə olunub”.

Saytımıza verilən məlumatda o da qeyd olunub ki, xüsusi karantin rejimi tələblərinin icrasını təmin etmək məqsədi ilə şəhərdə 800-dən çox polis və hərbçi çalışır. Bank, ATM, iri market və apteklərin qarşısında, o cümlədən əhalinin sıx olduğu ərazilərdə Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları vəziyyəti nəzarət altında saxlayırlar. Gəncənin giriş-çıxışlarında quraşdırılan yoxlama-buraxılma postlarına da nəzarət gücləndirilib. Xüsusi karantin rejiminin tələblərini pozan sakinlərə qarşı daha ciddi mübarizə aparılacaq.

Həmçinin Gəncə Şəhər İcra Hakimiyyəti başçısının tapşırığına əsasən yaradılan monitorinq qrupları da öz fəaliyyətlərini davam etdirirlər. Tibb işçiləri və xidmət sahələrində çalışan şəxslərdən yaxma nümunələri götürülərək, COVID-19 testləri də aparılır. Həyata keçirilən tədbirlər nəticəsində mövcud vəziyyətin müsbətə doğru dəyişməsi müşahidə olunur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR