Bakıda "İnstaqram"da canlı yayım edən gənc qəzaya düşüb öldü -

Sabunçu rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Metbuat.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Sabunçu rayonunun Bilgəh qəsəbəsi ərazisində Bakı şəhər sakini Fəxri Quliyev idarə etdiyi "Hyundai” markalı avtomobili yolun kənarındakı divara vurub. Nəticədə sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Bildirilir ki, bu zaman sürücü "Instagram”da canlı yayımda imiş.

Hadisə ilə bağlı təhqiqat aparılır.

Qəzanın görüntülərini təqdim edirik:



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR