Dünyada koronavirusa yoluxanların sayı 4 milyonu keçdi

Ötən ilin sonlarında Çində meydana gələn və bütün dünyaya yayılan yeni növ koronavirusa yoluxanların sayı 4 milyoonu keçib.

Metbuat.az xəbər verir ki, bu barədə koronavirus statistikalarını yayımlayan "Worldometers" məlumatt verib. Bu yoluxmaların böyük hissəsi ABŞ-da qeydə alınıb, burada 1 milyon 317 min yoluxma faktı aşkarlanıb. ABŞ-da 78 min ölüm qeydə alınıb.

İkinci yerdə olan İspaniyada 260 mindən çox yoluxma halı, 26 min 300 ölüm aşkar edilib. İtaliya 217 min yoluxma faktı və 30 min ölümlə üçüncü yerdədir.

Britaniyada virus sürətlə yayılır. Ölkə artıq üçüncü yerdə olan İtaliyaya çatmaqdadır. Ölkədə 211 mindən çox yoluxma aşkarlanıb, 31 min ölən var.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR