"La Liqa" klublarından "Atletiko Madrid"in 22 yaşlı gənc futbolçusu Renan Lodinin koronavirus testi pozitiv çıxıb.
Metbuat.az xəbər verir ki, braziliyalı oyunçu çərşəmbə günü koronavirus testindən keçmişdi. Onun həkimlər tərəfindən izləniləcəyi, müalicəsinin başlandığı və evində karantin keçirəcəyi qeyd edilib.
Qeyd edək ki, "Atletiko" ilə 2025-ci ilə qədər müqaviləsi olan gənc oyunçu bu mövsüm forma geyindiyi 33 oyunda 1 qol və 3 asistlə oynamışdı.
Mənbə: sondakika.com