"İndi bütün dünya mənim cibimdədir” - İkinci dünya müharibəsinin SİRR PƏRDƏSİ

Alman faşizmi üzərində qələbədən 74 il ötür. Müharibə nəticəsində 60 milyona yaxın insan həlak olub.

Metbuat.az xəbər verir ki, Azərbaycanlılar bu müharibədə istər ön, istər arxa cəbhədə böyük fədakarlıqlar göstəriblər. Qələbənin təmin olunmasında Bakı neftinin mühüm rolu olub. Müharibəyə yollanan 650 min Azərbaycan vətəndaşının 420 mini geri qayıtmayıb.

Göstərdikləri misilsiz şücaətin müqabilində 43 azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 30 nəfər isə "Şöhrət" ordeninin hər üç dərəcəsi ilə təltif edilib.

İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov, Sovet İttifaqı qəhrəmanları İsrafil Məmmədov, Aslan Vəzirov, Adil Quliyev, Ziya Bünyadov, Gəray Əsədov, Məlik Məhərrəmov, Mehdi Hüseynzadə, generallar Mahmud Əbilov, Akim Abbasov, Tərlan Əliyarbəyov, Hacıbaba Zeynalov və başqaları öz şücaətləri ilə Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılıb.

Millət vəkili Fazil Mustafa "Kremlin gizli diplomatiyası" kitabına əsaslanaraq ikinci dünya müharibəsinin gedişatında sirrli olan məqamlara toxunub.

''Alman Şnurre deyirdi: Bütün regionda, Baltik dənizindən Qara dənizə və Uzaq Şərqə qədər ölkələrimiz arasında həlledilməz problemlər yoxdur. Bundan başqa, Almaniya və Sovet İttifaqının ideologiyasında ümumi məqam var. Bu, kapitalist demokratlara qarşı çıxmaqdır. Ona görə də bizə qeyri-təbii görünür ki, sosialist dövləti Qərb demokratiyaları ilə uzlaşa bilsin.

Hitler və Ribbentrop Moskvadan məlumat gözləyərək teletaypdan ayrılmırdılar. Gecənin gec vaxtında Molotova cavab verdilər ki, əgər ticarət razılaşması növbəti gün imzalanarsa — avqustun 20-də, bazar günü, bir həftə sonra, 26 və ya 27 avqustda Ribbentrop Moskvaya uça bilər. Hitler səhərə qədər tərəddüd etdi, Şulenberqdən ətraflı hesabat gözlədi. O, Stalinlə münasibətlərin aydınlaşdırılmasını bir həftə təxirə sala bilmirdi. Moskva ilə razılaşma ona dərhal lazım idi, çünki bunsuz o, Polşaya hücum etmək risqini etmirdi. Əgər İngiltərə, FransaRusiya birləşsəydi, Hitler çıxış etməyə cəsarət etməzdi. Generallar isə xatırladılar ki, vaxt gedir: avqustun son günlərində müharibəyə başlamaq lazımdır, çünki sentyabrda yağan yağışlar hərbi əməliyyat planını poza bilər.

Stalin Hitlerlə son dəqiqələrdə, artıq vaxtın getdiyi vaxtda danışıqlara getməyə razılıq verdi və fürer Stalinin şərtlərinə razılaşmalı oldu.

Almaniyanın xarici işlər naziri hücum etməmək barədə paktı və protokolu tərtib etmək və imzalamaq üçün hərtərəfli və məhdudiyyətsiz səlahiyyətlərə malik idi. Xarici işlər nazirinin Moskvada bir və ya iki gündən artıq qalması beynəlxalq vəziyyətə görə mümkün deyildi. Səfir Şulenberq Berlinə məlumat verəndə ki, Kreml Moskvada nasist xarici işlər naziri İoahim fon Ribbentropu qəbul etməyə hazırdır, Hitler qeyri-adi bir həyəcana gəlibmiş. O, əllərini göyə qaldırıb və qəhqəhə çəkib: "İndi bütün dünya mənim cibimdədir!”

Onlar üçlükdə - Stalin, Molotov və Ribbentrop hər şeyi bir gündə həll etdilər. Bu, nadir hallarda baş tutan tez və açıq danışıqlar idi. Onlar Avropa ölkələrinin taleyi üçün heç bir mənəvi problem yaşamadan sərəncam vermişdilər. Dərhal Polşa barədə razılığa gəldilər. Stalin almanlara bildirib ki, müstəqil Polşanı hətta kiçik bir ərazi də olsa saxlamağa dəyməz: onu tamamilə işğal etmək lazımdır. Stalin, Hitlerdən də şox Polşanı yox etmək istəyirdi.

Ribbentrop Polşanı 1914-cü il sərhədlərinə uyğun olaraq bölüşdürməyi təklif etdi, lakin Birinci Dünya müharibəsindən əvvəl Rusiya İmperiyasının tərkibinə daxil olan Varşava almanlara təslim edilməli idi. Stalin etiraz etmirdi. O özü qalın rəngli karandaşla xəritədə dördüncü dəfə Polşanı qonşu dövlətlər arasında bölüşdürülməsinin xəttini cəkdi. Əvəzində, Ribbentrop təklif etdi ki, FinlandiyaEstoniya Rusiya təsir dairəsinə daxil olsun, Litva Almaniyanın təsir dairəsinə girsin, Latviyanı isə paylaşsınlar. Stalin Latviya və Litvanın əhəmiyyətli bir hissəsini tələb etdi.

Almaniya; Stalin və Molotovun Baltikyanı respublikaların Sovet İttifaqına və Finlandiyaya qoşulması ilə razılaşıdı. Bu, Moskvanın Hitlerə Polşanı məhv etməsinə yol açan bir plan idi.

1939 –cu ilin protokolu bir çox onilliklər ərzində sovet diplomatiyasının əsas sirri olmuşdur. Bütün sovet rəhbərləri Protokolun olduğunu bilirdilər, amma bunun nə qədər biabırçı sənəd olduğunu anlayaraq onun mövcudluğunu qətiyyətlə inkar edirdilər. Molotov müqaviləyə aid məxfi protokolları şəxsi arxivində saxlayırdı, Xarici İşlər Naziri postundan getdikdə isə onları Siyasi Büronun axivinə təhvil verdi. Amma ölümünə qədər hamıya inadla bildirirdi ki, heç bir protokol olmayıb!

Fleks Cuyev uzun illər sonra dəfələrlə Molotovdan soruşmuşdu: “1939-cu ildə Ribbentrop ilə danışıqlar zamanı hansı gizli protokol imzalanıb?” Cavab unikal idi: “Yadımda deyil”.

Stalin Ribbentropla söhbət edərkən nəzakət və mehribanlıqla zarafat edirdi. Onlar işi qurtardıqda, Molotovun kabinetində şam yeməyi süfrəsi dərhal hazır olurdu. Stalin ayağa qalxdı və almanlara gözlənilməz tost dedi, tosda dedi ki Adolf Hitlerə həmişə hörmət edib: "Mən alman xalqının öz fürerini nə qədər sevdiyini bilirəm və buna görə də onun sağlığına içmək istərdim". Sonra Stalin Almaniyada asayişin təminatçısı kimi SS şefi reyxsfürer Henrix Himmlerin şərəfinə sağlıq dedi.

Dönüşdən sonra Ribbentropun Moskvaya səfəri ilə bağlı hesabatını oxuduqlarında nasist liderləri şoka düşdülər:

Himmler Alman kommunistlərini, yəni Stalinə inananları məhv etdi və amma o qatillərinin sağlamlığı üçün içdi…

Ribbentropu fürerin şəxsi fotoqrafı Henrix Hoffman müşayiət edirdi, o, sovet rəhbərinin xeyli şəklini çəkmişdi və Hitlerin şəxsi xahişi ilə Stalinin qulağları iri planda çəkmişdi. Fürer inanırdı ki, formasından bir insanda yəhudi qanı olub-olmadığını müəyyən etmək mümkündür:

"Əgər qulagın əti kəlləyə yapışıqdısa o yəhudidi, əgər elə deyilsə ari irqindəndir".

Fotoşəkilləri diqqətlə araşdırdıqdan sonra Hitler Stalinin yəhudi olmadığı qənaətinə gəldi.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR