Onlar ilin sonuna qədər evdən işləyəcəklər

Şirkət iyulun 6-da ofislərinin əksəriyyətini açmağa başlasa da ofisdə işə hansı əməkdaşların çıxacağına dair hələ ki, qərar verilməyib.

Metbuat.az xəbər verir ki, "Facebook" şirkəti əməkdaşlarına 2020-ci ilin sonunadək evdən işləməyə icazə verəcək.Şirkətdən verilən məlumatda bildirirlər ki,öz işini evdən idarə edə bilən əməkdaşlara bu prosesi davam etdirməyə icazə veriləcək. Hələ ki, ofisdə işə hansı əməkdaşların çıxacağına dair qərar verilməyib.

Analoji addıma "Google" şirkəti də əl atacaq. İyulun əvvəlindən işçilər ofislərə qayıda biləcəklər.

Mənbə: CNBC.COM


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR