''Karantindən sonra bu xəstəliklərin yeni dalğası başlayacaq'' - Kremlin sabiq baş həkimindən CİDDİ XƏBƏRDARLIQ

''Evdə uzunmüddətli özünü təcrid insan sağlamlığına mənfi təsir göstərəcək.''

Metbuat.az xəbər verir ki, bu barədə Kremlin sabiq baş həkimi Aleksandr Myasnikov açıqlama verib.

Onun sözlərinə görə karantin dövründə səhərlər yuxudan gec oyanmağa vərdiş edən insanlar normal həyat rejiminə qayıdanda əziyyət çəkəcəklər.

"İnsanlar günəş aktivliyindən və digər təbiət amillərdən asılıdırlar. Hal-hazırda onların rejimi adi günlərdən çox fərqlidir.Karantin dövründə rejimi dəyişən insanlarda xüsusən də yuxu ritmi pozulanlar da imunitet zəiflyi yarana bilər.

Həkimin sözlərinə görə sosial təcrid dövründə ruslar nəinki daha çox yatmağa, həm də daha çox yeməyə, şirniyyatlara üstünlük verməyə başladılar.

''Beləliklə, obezlik, diabet, hipertoniya kimi xəstəliklərin yeni bir dalğası riski gözlənilir. Artıq bu həyat rejiminə yekun vurub sağlamlığı gücləndirmək üçün eyni vaxtda yemək, eyni zamanda immuniteti gücləndirmək üçün idman, məşqlər, hətta kiçik fiziki fəaliyyətləri bərpa etmək lazımdır. "


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR