​Tərtər rayonunda qətl hadisəsi baş verib

Tərtər rayonunda qətl hadisəsi baş verib.

Metbuat.az xəbər verir ki, mayın 8-də şəhərin Cavanşir küçəsində yaşayan A.Hümbətov Daxili İşlər Nazirliyinin “102 Zəng Mərkəzi” xidmətinə müraciət edərək yaşadığı evin yaxınlığında kişi meyiti olduğu barədə məlumat verib.

İlkin araşdırma zamanı müəyyən olunub ki, Tərtər sakini, 1980-ci il təvəllüdlü Zeynalov Xətai Sabir oğlu mayın 8-i gecə saatlarında qonşusu Hümbətov Naib Nadir oğlu tərəfindən bıçaqlanıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, Tərtər rayon Prokurorluğunda ibtidai istintaq aparılır.

Daha sonra N.Hümbətov saxlanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR