ABŞ-da bir gündə 27 minə yaxın şəxs virusa yoluxdu

ABŞ-da son sutka ərzində koronavirusa 26 min 906 yeni yoluxma faktı qeydə alınıb.

Metbuat.az xəbər verir ki, bu barədə Con Hopkins Universiteti məlumat yayıb.

Bildirilib ki, son 24 saatda ABŞ-da COVID-19 xəstəsi olan 1518 nəfər ölüb. Bir gün əvvəl bu rəqəm 2231 olub.

Universitetin statistikasına əsasən, indiyədək ölkədə 1 milyon 283 min 929-dan çox insan koronavirusa yoluxub, 77 mindən çox xəstə həyatını itirib.

Qeyd edək ki, dünən yoluxma sayı 28 min 420 nəfər təşkil edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR