​Heydər Əliyevin portretinə görə töhmətləndim –

Azərbaycan Televiziyasının rejissoru Əlimürsəl Hacızadə 1987 ci ildə verilişlərinin birində Heydər Əliyevin portretini efirə verdiyinə görə cəzalandırılıb.

Metbuat.az xəbər verir ki, bu barədə rejissorun özü məlumat yayıb.

Ə.Hacızadənin sözlərinə görə onu cəzalandıran baş redaktor ona bildirib ki, “Bu Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsindən gələn göstərişdir”.

Rejissor deyib ki, “xalqın hər zaman qürur mənbəyi olan Heydər Əliyevin portretini efirə verib, cəza alan mən olmuşam”.

Buna baxmayaraq bu hadisəni öz adına çıxaranların da olduğunu özünün Facebook profilində paylaşdığı video yazıda qeyd edib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR