Barak Obama Trampa meydan oxudu

ABŞ-ın keçmiş prezidenti Barak Obama Tramp administrasiyasının koronavirus böhranını idarə etmə tərzini "xaotik fəlakət" adlandırıb.

Metbuat.az xəbər verir ki, Obama bu barədə keçmiş vitse-prezident və Demokratların prezidentliyə namizədi Co Baydeni dəstəkləmək üçün qatıldığı telekonfransda deyib.

Obama 30 dəqiqəlik çıxışında koronavirusun yayılmasına verilən reaksiyanın güclü hökumət liderliyinin vacibliyinə dair önəmli bir xatırlatma olduğunu bildirib. O, əlavə edib ki, yaxınlaşan seçki çox vacibdir.

"Mübarizə aparacağımız yalnız konkret bir şəxs və ya siyasi partiya deyil. Biz eqoistlik, bölünmə və başqalarını düşmən olaraq görən cərəyanlara qarşı mübarizə aparacağıq", - deyə keçmiş prezident vurğulayıb.

Obamanın koronavirusla bağlı fikirləri ilk olaraq "Yahoo News" tərəfindən paylaşılıb. Donald Tramp administrasiyası Obamanın çıxışına hələlik reaksiya verməyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR