ABŞ-da son sutkada 25 mindən çox şəxs koronavirusa yoluxdu

ABŞ-da son sutka ərzində 25 min 621 nəfər koronavirusa yoluxub.

Metbuat.az xəbər verir ki, bu barədə federal və yerli hakimiyyətin statistikaları əsasında hesablamalar aparan Cons Hopkins Universiteti məlumat yayıb. Bildirilib ki, 24 saatda 1615 nəfər dünyasını dəyişib.

Məlumata görə, pandemiyanın başladığı gündən ABŞ-da 1 milyon 309 min 541 nəfərdə koronavirusa yoluxma aşkarlanıb, onlardan 78 min 794-ü ölüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR