Çindən QORXULAN OLDU: Virusda ikinci dalğa başladı, yoluxanlar artdı - Şəhər "yüksək riskli bölgə" elan edildi

Yeni növ koronavirus Çində yenidən fəallaşmağa başlayıb. Ölkənin Jilin bğlgəsindəki Şulan şəhərində 11 yeni yoluxma qeydə alınıb. Buna görə də, şəhər "yüksək riskli bölgə" elan edilib.

Metbuat.az xəbər verir ki, yoluxanların hamısının eyni ailə üzvləri və onlarla təmasda olan insanların olduğu qeyd edilib:

"Mayın 7-də Şulanda 1 yoluxma təsbit edildi, mayın 9-da 11 yeni yoluxma aşkarlandı. Jilin bölgəsi dövlət standartlarına uyğun olaraq Şulan şəhərinin epidemioloji təhdid səviyyəsinin ortadan yüksəyə çıxarır".

Qeyd edək ki, daha əvvəl Vuhanın Donqxihu səmtində 17 yeni yoluxma aşkarlandığı üçün risk səviyyəsi aşağı səviyyədən orta səviyyəyə çıxarılmışdı.

Mənbə: The Guardian


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR