Paşinyan babasının şəklini paylaşdı -

Ermənistanın Baş Naziri Nikol Paşinyanın babası, Böyük Vətən Müharibəsi iştirakçısı Nikol Paşinyanın faşistlərə xidmət etməsi ilə bağlı məlumatlar üzə çıxıb.

Metbuat.az xəbər verir ki, bu, hökumət başçısının sosial şəbəkə hesabında etdiyi paylaşımdan sonra bəlli olub. Belə ki, babasının fotosunu paylaşan N.Paşinyan bunları qeyd edib:

“Nikol Paşinyan, 1913-1943. 138-ci atıcı diviziyanın 554-cü atıcı alayında xidmət edib”.

Böyük Vətən müharibəsi zamanı həyatını itirən, itkin düşənlər haqda “obd-memorial.ru” saytında axtarış edən “iravunk.com” saytı aşağıdakı məlumatları əldə edib:

Doğum tarixi: 23.12.1913

Doğum yeri: Ermənistan SSR, Yenokavan

Taleyi: düşmənlə əməkdaşlıq edib, həlak olub

Vəfat tarixi: 29.09.1943

Baş Nazirin Nikol Paşinyan haqqında təqdim etdiyi məlumatlar və axtarış saytının məlumatları üst-üstə düşür. Saytda qeyd edilir ki, Nikolay Vartanoviç Paşinyan Ermənistan SSR-də, Yenokavan kəndində 1913-cü ildə anadan olub və 1943-cü ildə vəfat edib.

“Obd-memorial.ru”nun məlumatlarına əsasən məlumdur ki, o, nasist hakimiyyəti ilə əməkdaşlıq edib.

Sayt, həmçinin alman qeydiyyat sənədini dərc edib.

Həmçinin məlumatda qeyd olunur ki, o kənddə yeganə Nikol Paşinyandır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR