La Liqada hər gün oyun keçirilə bilər

La Liqa prezidenti Xavyer Tabes çempionatın mümkün bərpası haqda danışıb.

Metbuat.az qol.az-a istinadən xəbər verir ki, o, çempionat bərpa olunacağı təqdirdə, hər gün oyunların keçirilə biləcəyini deyib: "Mövsümün nə vaxt bərpa olunacağını dəqiq bilmirəm. Hər şey koronavirusla bağlı vəziyyətdən asılı olacaq. La Liqa oyunlarını hər gün olmaqla 35 gün ərzində keçirməyi planlaşdırırıq. Startdan bir gün əvvələ qədər futbolçular koronavirus testindən keçəcəklər".

Qeyd edək ki, La Liqanın iyunun 12-i və ya iyunun 19-u bərpası planlaşdırılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR