Dünyanın ən zəngin subay azərbaycanlısı - FOTO

İş adamı, milyarder və Rusiyanın "Nortqaz” şirkərinin keçmiş sahibi Fərhad Əhmədov ən varlı azərbaycanlı subay hesab olunur.

Metbuat.az modern.az-a istinadla xəbər verir ki, iş adamının 1,4 milyard dollar sərvəti var. 65 yaşlı iş adamı 2016-cı ilin sonlarında London məhkəməsinin qərarı ilə keçmiş həyat yoldaşına 453 milyon funt sterlinq ödəməklə ondan ayırılıb. İş adamı məhkəmənin həmin qərarını sərt tənqid etmişdi.

"Britaniya məhkəmələri həmişə vaxtlı kişilərin arvadlarının tərəfini tuturlar. Bunu keçmiş arvadların pullarını Britaniyada xərcləməsi üçün edirlər”.

2018-ci ildə Moskva Məhkəməsi də milyarderin keçmiş yoldaşı Tatyana Əhmədovanın tərəfinə duraraq, 2000-ci ildə boşanmaları barədə sənədi tanımamışdı. İş adamının keçmiş yoldaşı ilə nikahdan 6 övladı var.

Hazırda subay həyatı sürən iş adamı 2012-ci ilin noyabrında "Nortqaz” şirkətinin 49%-ni "Nivatek” şirkərinə 1,375 milyard dollara satmışdı. Pulun bir hissəsini o, "Qazprom”, "Lukoyl”, "Sberbank”, "Maqnit” və s. -də səhm almağa yatırıb.

Fərhad Əhmədov milyarder Roman Abromoviçə məxsus 115 metr uzunluğunda ”Luna” yaxtasını satın almağı ilə də məşhurdur.

Əslən Göyçay rayonundan olan uğurlu iş adamı 1955-ci il sentyabrın 15-də Bakıda anadan olub. Fərhad Əhmədov 1983-cü ildə Moskva Veterinar Akademiyasını bitirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR