Çin minlərlə uyğur türkünü fabriklərdə məcburi çalışdıracaq

Çin Sincan bölgəsində "təlim mərkəzi" adı altında fəaliyyət göstərən düşərgələrdəki Uyğur türklərini işlətmək üçün ölkənin müxtəlif yerlərindəki fabriklərə göndərməyə hazırlaşır.

Metbuat.az bildirir ki, bu barədə "South China Morning Post" (SCMP) qəzeti yazıb. Xəbərdə qeyd edilib ki, koronavirusun ölkə iqtisadiyyatı üzərindəki yıxıcı təsirinə baxmayaraq Çin bu addımla qalmaqallı "təlim mərkəzləri"ndəki siyasi uğurunu göstərməyə çalışır.

Qeyd edək ki, Avstraliyaya aid "Avstraliya Strateji Siyasət İnstitutu" (ASPİ) Çinin 2017-2019-cu illərdə 80 mindən çox Uyğur türkünü fabriklərdə işlətməyə məcburi şəkildə göndərdiyini bildirmişdi. Bu fabriklərdə çalışan türklərin ibadət etməsi də qadağan edilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR