"Leroy Corcun nömrəsi məndə var, amma ona zəng eləmədim"

"Leroy Corcun nömrəsi məndə var, amma ona zəng eləmədim"
00:22 18 Yanvar 2015
174 İdman
Ölkə mətbuatı
A- A+

"İnter"in yeni transferi Ruben Şaken Antalyaya ezam olunmuş azərbaycanlı jurnalistlərə müsahibə verib. Fanat.az həmin müsahibəni sizə təqdim edir:

 

- “İnter”dəki durumundan razısan?

- Hər şey qaydasındadı, toplanış da yaxşı keçir, məşqlər də ürəyimcədi. Komandada yaxşı futbolçular var. Mənə gəlincə, komandanın bir hissəsi olmağa hazıram.

 

- Niyə məhz “İnter”?

- Başqa klublardan da təkliflər var idi. Artıq 32 yaşım var və bunu da nəzərə almaq lazımdı. Məni bura “İnter”in  Hollandiyadan olan idman direktoru dəvət etdi və mən də dəvəti qəbul elədim. Bundan başqa, ondan Bakı haqqında, ordakı yaşayış haqqında da məlumat verdi və mən də gördüm ki, həm özümün, həm də ailəmin bu şəhərdə yaşaması üçün hər cür şərait var. Digər təkliflər uzaq ölkələrdən idi. Məsələn Çindən və bu kimi ölkələrdən. Ona görə həmin təklifləri heç dəyərləndirmədim.

 

- Komandada daha çox kiminlə dil tapa bilmisiniz?

 - Yusif Frenix noyabrda “İnter”ə gəlib və mənə də komandaya uyğunlaşmaqda onun çox köməyi dəydi.

 

- Azərbaycanda Hollandiya çempionatından gəlmiş başqa bir futbolçu da var. Söhbət “Qarabağ”da çıxış edən Leroy Corcdan gedir. Onunla münasibətiniz varmı, ümumiyyətlə, gəlməmişdən əvvəl onunla əlaqə saxlamısınız?

- Onu yaxşı tanıyıram, məndə nömrəsi də var.  Amma zəng etməmişəm. Bu, peşəkarlıq baxımından bir az düz çıxmır. Çünki o, başqa komandada oynayır. Həm rəhbərlik də elə qərara gəldi ki, əlavə zənglərə ehtiyac yoxdu.

 

- Bəs Azərbaycana gəlməmişdən öncə bu ölkə haqqında necə məlumat toplamısınız?

- Azərbaycan haqqında o qədər də çox məlumatım yox idi. Sadəcə, google saytında Bakı haqqında axtarış verdim və məlumatları topladım.//Rekord.az 

 

Fanat.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR