ŞOK GÖRÜNTÜLƏR:

ABŞ-ın Los Anceles şəhərindəki bir həbxanada 21 məhkum erkən təxliyə edilmək üçün özlərinə koronavirus yoluxdurublar.

Metbuat.az xəbər verir ki, Los Anceles polisinin "Tvitter" hesabında yayımladığı təhlükəsizlik kamerasının qeydə aldığı videoda məhkumlar sıra ilə bir üz maskasını qoxlayır və hərarətlərinin yüksəlməsi üçün şüşədən isti su içirlər.

Son iki ayda təxminən 5 min məhkumun erkən təxliyə edildiyi həbsxanada 4 maydan bu yana yoluxmaların sayında 60% artım olduğu açıqlanıb. Bu müddətdə 357 məhkumun koronavirus testi pozitiv çıxıb.

Həbsxana rəhbərliyi o məhkumların erkən təxliyə edilməyəcəyini qeyd edib.


Redaktor.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR