Türkiyədə daha 53 nəfər virusdan öldü

Türkiyədə son sutka ərzində 53 nəfər koronavirusdan dünyasını dəyişib.

Metbuat.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca məlumat yayıb.

Nazirin sözlərinə görə, Türkiyədə bir gündə 1704 yeni yoluxma faktı qeydə alınıb. Bununla da ölkədə koronavirus qurbanlarının sayı 3894, yoluxanlar isə 141 min 475 nəfərə çatıb.

Türkiyədə indiyədək 98 min 889 xəstə sağalaraq evə buraxılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR