Bakıda bank kartından 4500 manat

Bakıda bank kartından oğurluq edlib.

Metbuat.az xəbər verir ki, hadisə Yasamal rayonunda yerləşən bankomatların birində olub. Şəhər sakini Ş.Cəfərova məxsus kartdan 4 500 manat pul naməlum şəraitdə çıxarılaraq oğurlanıb.

Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisədə şübhəli bilinən 1996-cı il təvəllüdlü Ü.Rüstəmli saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR