Aprel ayında 6 mindən çox yeni abonent qeydə alınıb

2020-ci ilin aprel ayı ərzində “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 6 474 yeni abonent qeydiyyata alınıb.

Bundan 4 842 abonent Bakı, Abşeron və Sumqayıt, 1 632 abonent regionların payına düşür. 2020-ci ilin 4 ayı ərzində qeydə alınan yeni abonentlərin sayı isə 30 055 təşkil edir. Beləliklə, may ayının 1-nə olan statistikaya görə Azərbaycanda ümumilikdə qazdan istifadə edən əhali qrupu abonent sayı 2 milyon 277 min 298-ə (o cümlədən, 1 milyon 398 min 805 regionlar, 878 493 Bakı şəhəri) bərabərdir.

Onu da qeyd edək ki, qeyri-əhali sektoru üzrə 619 məscid və dini məbədin hər birinə təbii qazdan əvəzsiz istifadə üçün illik 5 000 kubmetr qaz limiti ayrılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR