"İranın hərbi gəmisini İnqilab Keşikçiləri vurmayıb" - İran ordusunun sözcüsü

İran ordusunu sözcüsü Şahin Təkihani İran donanmasına aid "Konerak" adlı hərbi gəminin İnqilab Keşikçiləri tərəfində vurulmadığını açıqlayıb.

Metbuat.az xəbər verir ki, Təkihani düşmənlərin İnqilab Keşikçiləri ilə ordu arasında problem yaratmağa çalışdıqlarını və məsələnin araşdırıldığını deyib:

"Ölkəmizdə meydana gələn hər hadisəni öz hədəfləri üçün istifadə etməyə çalışırlar. Gəminin İnqilab Keşikçiləri tərəfindən vurulması iddiaları yalandır. Məsələ mütəxəssislər tərəfinsən araşdırılmaqdadır".

Qeyd edək ki, mayında 10-da Fars körfəzində iran donanmasına aid hərbi gəminin yalnışlıqla İnqilab Keşikçiləri tərəfindən vurulduğu bildirilmişdi.

Mənbə: İRNA


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR