Evinə girən oğrularla əlbəyaxa olan futbolçu yaralanıb

İngiltərənin "Tottenhem" klubunun ulduz futbolçusu Dele Alli evinə girən oğrularla əlbəyaxa olub və üzündən yaralanıb.

Metbuat.az xəbər verir ki, futbolçunun Londondakı evinə 2 bıçaqlı oğru basqın edib. Karantin müddəti olduğundan futbolçu evdə olub. Həmçinin futbolçunun sevgilisi, bacısı və başqa bir dostu da yanında olub.

24 yaşlı ingilis futbolçu əli bıçaqlı oğrularla təhdidləşib. Futbolçunun yaralarının yüngül olduğu bildirilib.

Evdən zinət əşyaları və saatlar oğurlayan oğrular təhlükəsizlik kamerasına düşüblər.

Mənbə: The Sun



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR