"Ola bilər ki, koronavirus qalıcı olsun" -

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) "Fövqəladə Hallar Proqramı" direktoru Mayk Rian yeni növ koronavirus "COVİD-19"un eynən İİV (İnsanda İmmunçatışmazlığı Virusu) kimi qalıcı ola biləcəyinə dair xəbərdarlıq edib.

Metbuat.az xəbər verir ki, Mayk Rian bununla bağlı ÜST sədri Tedros Adhanom Qebrexesusun İsveçrənin Cenevrə şəhərindəki mərkəzdə təşkil etdiyi mətbuat konfransında açıqlamalar verib:

"Bunu açıqlamağın önəmli olduğunu düşünürəm. Bu virus cəmiyyətdə endemik olaraq qala bilər, bu virus heç vaxt getməyə bilər. İİV virusu da getmədi və biz buna öyrəşdik. İİV xəstələrinə uzun və sağlam həyat verə bilirik. Bu iki xəstəliyi müqayisə etmirəm, məncə real olmağımız lazımdır. Kimsə bu xəstəliyin nə zaman yox olub olmayacağını təxmin edə bilməz".

Mənbə: bbc.com


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR