Baş infeksionistdən XƏBƏRDARLIQ!

"Karantin rejiminə ediləcək yumşalmalar koronavirusa yoluxan xəstələrin sayından asılıdır”.

Metbuat.az xəbər verir ki, bunu açıqlamasında respublikanın baş infeksionisti Cəlal İsayev deyib.

Baş infeksionist bildirib ki, may 13-nə olan məlumata görə, virusa yoluxan xəstələrin sayında enmə müşahidə olunub:

"Dünənki məlumata görə, xəstələrin sayı xeyli aşağı düşüb. Əgər vəziyyət belə davam edərsə, yəqin ki, Operativ Qərargah bunu təhlil edib yumsalma ilə bağlı növbəti qərar verər. Vəziyyət təhlil olunmalıdır. Mətbuatda gedən bütün fikirləri qərargah nəzərə alır. Amma bu fikirlər mütləq əsaslandırılmalıdır. Yoxsa səhvə yol verə bilərik”.(Qaynarinfo)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR