Gəlnindən qayınanasına BÖYÜK SÜRPRİZ!

Dünyada koronavirusa görə uzun müddətdir sevdikləri ilə arasında məsafə qoymaq məcburiyyətində qalan insanlar var. Çoxluq görüntülü zənglər vasitəsi ilə bir-birinin üzünü görsə də, təssüf ki, heç bir texnologiya bərk-bərk qucaqlamanın yerini verə bilməz .

Belə bir vaxta dünyanın dörd bir yanında olan insanlar müxtəlif icadlar etməyə başlayıblar.

Metbuat.az xəbər verir ki, uzun müddətdən sonra Kanadada yaşayan Karolin Elis ''Analar bayramında'' qaynanasına baş çəkib. O, həyat yoldaşı ilə birlikdə nənələrini qucaqlaya bilməyən uşaqlarına da sürpriz ediblər. Həyətin ortasında böyük bir plastik örtüyü pərdə formasına asaraq ona qollar əlavə ediblər. Asılqandan asılmış geyimə bənzəyən koronavirusdan qorunmaq üçün olan geyim vasitəsi ilə nənə və nəvələr nəhayət qovuşublar.

Daha sonra Karolin bu vasitə ilə qaynanasına sarılaraq onu çox sevdiyini söyləyib.

Sosial şəbəkələrdə maraqla qarşılanan bu görüntüləri təqdim edirik:

Mənbə:CNNTÜRK


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR